Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov rəisi işdən çıxardı
Vilayət Eyvazov rəisi işdən çıxardı12-03-2020, 10:14. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub. Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi. aia.az Geri dön |