Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Azərbaycan silah idxalına görə Avropada birinci oldu
Azərbaycan silah idxalına görə Avropada birinci oldu22-02-2016, 10:13. Yazar: admin |
Son 10 ildə 247% artım qeydə alınıb. 2006-2010 və 2011-2015-ci illərdə Avropa dövlətlərinin silah idxalı 41% azalaraq dünya silah idxalının cəmi 11%-ni təşkil edib. Aia.az xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmalar Mərkəzi (Stockholm International Peace Research Institute – SIPRI) beynəlxalq silahlanma və hərbi texnika bazarının vəziyyəti haqqında növbəti fevral məruzəsində qeyd olunub. Bildirilir ki, Avropada silah idxalı həcminin azalmasına Yunanıstan və İspaniya kimi dövlətlərdə iqtisadi vəziyyət təsir göstərir. 2006-2010 və 2011-15-ci illərdə silah idxalına görə Avropa lideri isə Azərbaycan olub. Qeyd olunan dövrdə silah idxalını 217% artıran Azərbaycan qitənin ən böyük idxalçısına çevrilib. Bu göstərici üzrə ikinci yerdə isə 2006-2010-cu illərlə müqayisədə idxalı 17% azaldan Böyük Britaniya qərarlaşıb. SİPRİ həmçinin qeyd edir ki, 2011-2015-ci illər üzrə Azərbaycan dünyada ən böyük silah idxalçılarının siyasında 19-cu yeri tutub və həmin dövrdə dünya silah tədarükünün 1,5%-i ölkəmizin payına düşüb. Təşkilatın hesabatına əsasən, 2011-2015-ci illərdə Azərbaycan Rusiyadan S-300PMU-2 hava hücumundan müdafiə sistemi üçün 200 ədəd 48N6E2 tipli raket, 24 ədəd Mi-35M zərbə helikopteri, 66 ədəd Mi-8MT/Mi-17 nəqliyyat helikopteri, 2 divizion S-300PMU-2, 18 ədəd 2S19 MSTA-S özüyeriyən haubitsa, 18 ədəd 2S31 “Vena” özüyeriyən minaatan, 18 ədəd BM-31 “SMERÇ” reaktiv yaylım atəş sistemi (RYAS), 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 1000 ədəd İqla-S raketi və bu raketin buraxılması üçün 200 ədəd qurğu, 100 ədəd T-90S tankı, 18 ədəd TOS-1 RYAS, 2 divizon Buk-1M hava hücumundan müdafiə sistemi, Buk-1M üçün 100 ədəd 9M317 raketi, Buk-1M üçün 100 ədəd 9M38 raketi alınıb. Geri dön |