Ana Sayfa > Gündəm > Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə salındı

Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə salındı


11-03-2020, 11:51. Yazar: sevinc1
Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə salındı



“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı mart ayında baş tutmayacaq”

Bunu Azvision.az -a açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, açılış mərasimi mart ayında nəzərdə tutulsa da, koronavirusla əlaqədar təxirə salınıb.
“Məndə olan məlumata görə, heykəlin təqdimatı növbəti aylarda baş tutacaq. Ölkədə koronavirusla bağlı bəzi kütləvi tədbirlər ləğv olunub. Bu səbəbdən heykəlin açılışı da təxirə salınıb. Böyük ehtimalla təqdimat mərasimi aprel və may aylarında keçiriləcək”.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.
Geri dön