Ana Sayfa > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 113 mini ötüb

Dünyada koronavirusa yoluxanların sayı 113 mini ötüb


11-03-2020, 09:50. Yazar: sevinc1
Dünyada koronavirusa yoluxanların sayı 113 mini ötüb


Ötən sutka ərzində dünyada COVİD-19 koronavirusuna 4125 yeni yoluxma halı qeydə alınıb, 203 nəfər ölüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildiriblər.

Beləliklə, ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edib, onlardan 80 924-ü Çində.

Çində koronavirusdan ölənlərin sayı 3140 nəfərə çatıb, onlardan 17-si ötən sutka ərzində qeydə alınıb.


aia.az
Geri dön