Ana Sayfa > Karusel / Siyasət > AŞ PA bütün tədbirlərini təxirə saldı
AŞ PA bütün tədbirlərini təxirə saldı10-03-2020, 16:57. Yazar: sevinc1 |
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bütün tədbirləri və əməkdaşlarının ezamiyyətlərini qeyri-müəyyən müddətədək təxirə salıb. Trend-in məlumatına görə, bu qərar koronavirus təhlükəsi ilə əlaqədar verilib. Qeyd olunur ki, AŞ PA-nın iclasları, eləcə də qurumun alt komitələrinin tədbirləri təxirə salınan tədbirlər sırasında yer alıb. Bundan əvvəl Avropa Şurasının Venesiya Komissiyasının iclasları təxirə salınmışdı. aia.az Geri dön |