Ana Sayfa > İqtisadiyyat > Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb


10-03-2020, 16:45. Yazar: sevinc1
Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb


2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 80 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 1 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 3 046 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 8,3 faiz çoxdur.

aia.az
Geri dön