Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşdi

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşdi


10-03-2020, 14:30. Yazar: sevinc1
Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşdi


Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib.

Trend-in məlumatına görə, iclas martın 17-də keçiriləcək.

Qeyd edək ki, bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən deputat Sahibə Qafarova 116 səs lehinə olmaqla, Milli Məclisin sədri seçilib.

Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli, digər müavinlər isə deputatlar Adil Əliyev və Fəzail İbrahimli seçiliblər.

İclasda komitə sədrləri və onların müavinləri də təsdiq olunub.

aia.az
Geri dön