Ana Sayfa > Parlament / Aia TV / Karusel > ABŞ-da yoldan keçən insanları güllələdilər: 6 ölü
ABŞ-da yoldan keçən insanları güllələdilər: 6 ölü21-02-2016, 14:25. Yazar: admin |
“Kimsə öz avtomobilində gəzərək qarşısına çıxanları güllələyib”. ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində naməlum şəxsin avtomobildən yoldan keçənlərə atəş açması nəticəsində ən azı 6 nəfər ölüb, Oxu.Az CNN-ə istinadən xəbər verir. Yerli polisin verdiyi məlumata əsasən, daha üç nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. “Kimsə dairədə öz avtomobilində gəzərək qarşısına çıxanları güllələyib”, - hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib. Təxmin edilən şübhəli şəxsi - 50 yaşlarında ağdərili kişi - hələ də azadlıqdadır, telekanal qeyd edir. Polis cinayətkarın hadisə yerindən qaçdığı Chevrolet HHR avtomobilini axtarır. Geri dön |