Ana Sayfa > Parlament > Suraxanıda ağır qəza:
Suraxanıda ağır qəza:9-03-2020, 14:57. Yazar: sevinc1 |
Suraxanı qəsəbəsi A.Rzayev küçəsində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır. aia.az Geri dön |