Ana Sayfa > İdman > İtaliya çempionatında "Yuventus" "İnter"i məğlub etdi

İtaliya çempionatında "Yuventus" "İnter"i məğlub etdi


9-03-2020, 09:00. Yazar: sevinc1
İtaliya çempionatında "Yuventus" "İnter"i məğlub etdi



Futbol üzrə İtaliya çempionatının 26-cı turunda "Yuventus" "İnter"ə 2:0 hesabı ilə qalib gəlibi. Görüş daha əvvəl koronavirusun ölkədə yayılması ilə əlaqədar təxirə salınmışdır və tamaşaçı olmadan keçirilib.

Qolları Aaron Remzi (55-ci dəqiqə) və Paulo Dibala (67) vurublar.

63 xal toplayan "Yuventus "çempionatın turnir cədvəlində liderdir, ikinci isə 62 xalla "Latsio" gəlir. "İnter" komandası aktivində 54 xalla üçüncü yeri tutur.

Növbəti matçda "Yuventus" martın 13-də səfərdə "Boloniya" ilə görüşəcək, "İnter" martın 15-də "Sassuolo"nu qəbul edəcək.

Turun 8 martda keçirilən digər matçları: "Milan" - "Cenoa" (1:2), "Parma" - "SPAL" (0:1), "Sampdoria" - "Verona" (2:1) və "Udineze" - "Fiorentina" (0:0).

aia.az
Geri dön