Ana Sayfa > Manşet / Siyasət > Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək

Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək


9-03-2020, 10:18. Yazar: sevinc1
Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək


Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Trend-in məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.

Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.

aia.az
Geri dön