Ana Sayfa > Ölkə > Bakıdan rayonlara gedənlərin sayı xeyli artıb

Bakıdan rayonlara gedənlərin sayı xeyli artıb


6-03-2020, 17:41. Yazar: sevinc1
Bakıdan rayonlara gedənlərin sayı xeyli artıb


Nazirlər Kabinetinin təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılması ilə bağlı qərarından sonra Bakıdan rayonlara gedənlərin sayında artım müşahidə edilir.
Bakı Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Azvision.az -a açıqlamasında bildirib ki, 3 mart tarixində Bakıdan bölgələrə 12 min sərnişin daşınıb.

"Yaz fəslində adətən sərnişinlərin sayında artım olur. Gün ərzində avtovağzalda sərnişin sıxlığı 7-9 min olur. Lakin 3 mart tarixində bölgələrə daşınan sərnişinlərin sayı 12 min nəfər təşkil edib. Sıxlığın artması məktəblərin bağlanması ilə əlaqədardır".


aia.az
Geri dön