Ana Sayfa > Parlament > Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ötən gün yol qəzalarında 4 nəfər ölüb6-03-2020, 15:42. Yazar: sevinc1 |
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. aia.az Geri dön |