Ana Sayfa > Gündəm > Nazirlik məhkumlarla görüş və sovqat qəbulunu dayandırdı -

Nazirlik məhkumlarla görüş və sovqat qəbulunu dayandırdı -


6-03-2020, 11:22. Yazar: sevinc1
Nazirlik məhkumlarla görüş və sovqat qəbulunu dayandırdı -


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

Bunu Trend-ə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.

Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.


aia.az
Geri dön