Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib -
Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib -5-03-2020, 12:56. Yazar: sevinc1 |
![]() Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib. Sosial şəbəkələrdə bununla bağlı paylaşılan məlumatlar yalnız ajiotaj yaradır. Trend-in məlumatına görə, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, uşaqların əyləncə mərkəzlərinə və digər qapalı məkanlara getməməsi ilə əlaqədar qadağa qoya bilməzlər: "Məktəblərin bağlanması ona görə edildi ki, uşaqlar bir yerdə kütləvi şəkildə olmasın. Bununla bağlı valideynlər arasında da maarifləndirmə tədbirləri aparılır. Bunu valideynlər özləri dərk etməlidirlər". aia.az Geri dön |