Ana Sayfa > Karusel / Parlament > Bakıda daha bir ailə DƏHŞƏTİ:
Bakıda daha bir ailə DƏHŞƏTİ:5-03-2020, 11:44. Yazar: sevinc1 |
Martın 4-də saat 20 radələrində Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayevin paytaxtın Nizami rayonu ərazisində qeyri-rəsmi nikahda olduğu arvadı, 35 yaşlı Rusiya vətəndaşı Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bakı şəhər Prokurorluğundan Lent.az -a verilən məlumata görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub. S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub. aia.az Geri dön |