Ana Sayfa > Dünya > ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? -
ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? -5-03-2020, 11:35. Yazar: sevinc1 |
ABŞ Çinlə sərhədləri vaxtında bağladığı üçün ölkədə koronavirusa yoluxanların sayı azdır. Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Fox” telekanalına müsahibəsində deyib. O bildirib ki, administrasiyada işləyən şəxslər sərhədləri bağlamamağı tövsiyə etsə də, bu addımı atıb: “Mənə verilən tövsiyələrə baxmayaraq, mən Çinlə sərhədləri bağladım və göründüyü kimi, bu, müdrik qərar oldu. Digər ölkələrlə müqayisədə bizdə yoluxanların sayı azdır”. aia.az Geri dön |