Ana Sayfa > Dünya > Yaponiyada koronavirusa qarşı vaksin hazırlığı başlayıb

Yaponiyada koronavirusa qarşı vaksin hazırlığı başlayıb


5-03-2020, 10:57. Yazar: sevinc1
Yaponiyada koronavirusa qarşı vaksin hazırlığı başlayıb


Yaponiyada “AnGes” əczaçılıq şirkəti Covid-19 koronavirusuna qarşı vaksinin hazırlanması üzrə işlərin başladığını elan edib.

Trend-in məlumatına görə, vaksinin hazırlanması Osaka Universitetinin mütəxəssisləri ilə birgə həyata keçiriləcək.

Şirkət bildirib ki, vaksin xromosomxarici özüformalaşan genetik element vasitəsilə hazırlanacaq. Qeyd olunur ki, bu üsul vaksinin digər növ vaksinlərlə müqayisədə daha qısa zamanda hazırlanmasına imkan yaradır.

Xatırladaq ki, ilk dəfə Çində yayılmağa başlamış koronavirusa 76 ölkədə 92,5 mindən çox yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 3,2 min nəfəri ötüb.

aia.az
Geri dön