Ana Sayfa > Siyasət > Aydın Mirzəzadə:

Aydın Mirzəzadə:


4-03-2020, 15:03. Yazar: sevinc1
Aydın Mirzəzadə:


Koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda Prezident İlham Əliyevin bölgələrə səfərini təxirə salmaması ilə bağlı atdığı addım onun daim xalqının yanında olduğunun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, səfər ortaya çıxan problemlərlə bağlı dövlətin çox ciddi tədbirlər gördüyünü də bir daha nümayiş etdirdi.

Deputat hesab edir ki, dövlət başçısı dünyanı narahat edən koronavirus xəstəliyinə qarşı Azərbaycanda görülən işlər barəsində təkcə Goranboy rayonuna deyil, ümumən Azərbaycan ictimaiyyəti qarşısında çox mükəmməl bir hesabat verdi:

"Göründüyü kimi, Azərbaycanda atılan addımlar ölkəmizdə bu xəstəliyin təhlükə yaratmasının və geniş yayılmasının qarşısını aldı. Zamanında sərhəd-keçid məntəqələrinin bağlanması, Azərbaycana giriş və çıxışın nəzarət altına götürülməsi, bu xəstəliklə, eləcə də onun yaranma səbəbləri ilə bağlı dünya təcrübəsinin, ilk növbədə isə Çin təcrübəsinin öyrənilməsi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Həmçinin müvafiq avadanlıqların alınması, dövlət başçısının bu gün əhalinin diqqət etdiyi maskalarla bağlı öz fikrini bildirməsi bir daha göstərdi ki, Prezident istənilən ciddi məsələni daim nəzarətdə saxlayır və bunun qarşısının alınması üçün addımlar atır".

A.Mirzəzadə əlavə edib ki, ölkə başçısının bölgələrə səfər etməsi, açıq şəkildə insanlarla görüşməsi onun şəxsi keyfiyyətini, cəsarətini, hazırlığını, onun hər bir vəziyyəti sadə vətəndaşı ilə bölüşmək əzmini göstərir. Məhz buna görə Prezidentin cəmiyyətdə nüfuzu kifayət qədər yüksəkdir, onun apardığı daxili və xarici siyasət sadə vətəndaşlar, seçicilər tərəfindən dəstəklənir:

"Dövlət başçısının dünənki səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti daima vətəndaşının yanındadır. Azərbaycan dövləti apardığı siyasətlə dövlətin nüfuzunu artırır, insanların dövlətə olan inamını artırır. Bu, belədir və bundan sonra da belə olacaq".

aia.az
Geri dön