Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Mingəçevir şəhər Xəstəxanasının direktoru Könül Ələkbərovdan

Mingəçevir şəhər Xəstəxanasının direktoru Könül Ələkbərovdan


4-03-2020, 13:02. Yazar: sevinc1
Mingəçevir şəhər Xəstəxanasının direktoru Könül Ələkbərovdan


Gəncə şəhərKardioloji Xəstəxananın Laboratoriya şöbəsinin müdiri Məhəbbət İsmayılova işlədiyi xəstəxanada iki nəfər tərəfindən təzyiqlə üzləşdiyini bildirib.

Pravda.az-a müraciət edənM.İsmayılova iddia edir ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar özünü İcbari Tibbi Sığorta bürosunun səlahiyyətli nümayəndəsi kimi göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov və həmin xəstəxananın tibb bacısı Vəfa Əsədova Gəncə şəhər Kardioloji Xəstəxanasına gələrək ondan işlədiyi kabineti dərhal tərk edərək tibb işçisinin fəaliyyəti və xəstələrin qəbulu üçün yararsız olan yerə köçməyi tələb edib: "Həmin yer ötən əsrin 90-cı illərində ayaqyolu kimi istifadə edilib. Orada antisanitar vəziyyət hökm sürür. Kanalizasiya suları axır. Mən Könül Ələkbərova bu hərəkətlərinin qeyri-qanuni olduğunu və ondan mənimlə təhqir və təhdid tonunda danışmamağını tələb etdikdə o mənə qarşı təzyiq göstərərək barəmdə hüquq-mühafizə orqanları tərəfindən tədbir gördürəcəyini bildirdi”.

aia.az





Geri dön