Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Aia TV / Karusel > Krediti ödəməyənin cəzası nədir? - VİDEO
Krediti ödəməyənin cəzası nədir? - VİDEO21-02-2016, 10:14. Yazar: admin |
Heç kim məsuliyyətdən yayına bilməz. Banklardan kredit götürmüş şəxslərdən bir çoxu son dövrlər borcunu ödəməkdən yayınır. Xüsusilə girovu və zamini olmayanlar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ancaq qanun bütün hallarda borcun ödənilməsini təmin edir. Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər. Bank kredit borcunu ödəməyən şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir. Məhkəmədə qəbul edilən qətmanə 1 ay müddətində icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır. Şəxsin hər hansı bir əmlakı ortaya çıxarsa, həmin əmlak üzərinə həbs qoyulur və satılır. Əgər əmlak yoxdursa, borc əməkhaqqı, pensiya, təqaüd və sair gəlirlərdən çıxılır. İcra haqqında qanuna əsasən hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir. Hətta şəxsin heç bir yerdən gəliri yoxdursa belə, o, məsuliyyətdən yayına bilməz. Geri dön |