Ana Sayfa > Parlament > Bakı polisi bir gündə 24 cinayəti aşkarladı
Bakı polisi bir gündə 24 cinayəti aşkarladı4-03-2020, 11:37. Yazar: sevinc1 |
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 24 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 11-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Soyğunçuluq üzrə 2, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 9 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib. aia.az Geri dön |