Ana Sayfa > İdman > "Zirə" də məşqləri ləğv etdi

"Zirə" də məşqləri ləğv etdi


3-03-2020, 19:24. Yazar: sevinc1
"Zirə" də məşqləri ləğv etdi


"Zirə" Futbol Akademiyası komandalarının martın 10-dək olan məşqləri koronavirus səbəbindən ləğv olunub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki. koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Yoluxma hallarının qarşısının alınması üçün müvafiq tədbirlərin effektivliyinin artırılması məqsədilə "Zirə” Futbol Akademiyası komandalarının martın 10-dək olan məşqləri ləğv olunub.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.


aia.az
Geri dön