Ana Sayfa > Təhsil > Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq
Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq3-03-2020, 16:36. Yazar: sevinc1 |
Müəllim işləmək üçün imtahan vermək istəyən əlilliyi olan şəxslər üçün test imtahanın davametmə müddəti artırılacaq. Bu barədə aia.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq. aia.az Geri dön |