Ana Sayfa > Manşet / Təhsil > Azərbaycanda dərsdən qalan şagirdlərdən koronavirusa görə arayış tələb edilir? -
Azərbaycanda dərsdən qalan şagirdlərdən koronavirusa görə arayış tələb edilir? -2-03-2020, 13:20. Yazar: sevinc1 |
Təhsil Nazirliyindən məktəblərdə dərsdən qalan şagirdlərdən sağlamlıq kağızının tələb edilməsinə münasibət bildirilib. Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, belə bir qərar verilməyib: "Koronavirusa görə məktəblərdə şagirdlərdənsağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib. Uşaqlardan da belə bir sənəd tələb olunmayıb”. Qeyd edək ki, sosial şəbəkələrdəməktəblərdə dərsdən qalan şagirdlərdən sağlamlıq kağızının tələb edilməsi ilə bağlı məlumat yayılıb. aia.az Geri dön |