Ana Sayfa > Gündəm > İnam Kərimov:

İnam Kərimov:


2-03-2020, 13:17. Yazar: sevinc1
İnam Kərimov:


Müasir texnologiyaların bütün sahələrdə tətbiqi dövlətimizin siyasətinin önündə durur.

Trend-in məlumatına görə, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov "AgroHackathon-2020" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

Onun sözlərinə görə, ölkədə aqrar sektorun inkişafında müasir innovasiyaların tətbiqi də vacibdir:

"Ölkədə aqrar sektorun inkişafı diqqət mərkəzindədir. Ötən il bu sahədə artım 7,1 faiz olub. Bu sahəyə diqqət nəticəsində yüksək inkişafa nail olunub. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə üzərinə düşən vəzifələri icra edir. Dronlardan istifadə, sensorlardan istifadə və sair proseslərə başlanılıb. Bu sahəyə gənclərin cəlb edilməsi əsas məqsədlərimizdəndir. Müasir innovasiyaların inkişafında gənclərin rolu yüksəkdir. Biz də bu işə gəncləri cəlb edirik".

aia.az
Geri dön