Ana Sayfa > Manşet / Gündəm > Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


28-02-2020, 13:08. Yazar: sevinc1
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

aia.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

aia.az
Geri dön