Ana Sayfa > Karusel / Parlament > Bərdədə qadın əri və qonşusu tərəfindən döyülərək öldürüldü
Bərdədə qadın əri və qonşusu tərəfindən döyülərək öldürüldü28-02-2020, 10:11. Yazar: sevinc1 |
Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib. Trend-in məlumatına görə, hadisə rayonun Zümürxan kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızının üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Zümürxan kənd icra nümayəndəsi Mübariz Abbasov Trend-ə açıqlamasında bildirib ki, hadisədə qadının həyat yoldaşı Vahid İbadov və 25 yaşlı qonşu oğlan şübhəli şəxs qismində saxlanılıb: "İlkin məlumata görə, qadının baş nahiyəsinə taxta parçası ilə vurub öldürüblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil". Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |