Ana Sayfa > Karusel / Təhsil > Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib

Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib


28-02-2020, 10:04. Yazar: sevinc1
Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib


Bakıda hər hansı virusun, eləcə də koronavirusun yayılmasının qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər çərçivəsində indiyədək 102 məktəb, 51 məscid və 25 bağça binası dezinfeksiya edilib.

Bu barədə aia.az-a Bakı Şəhər Dezinfeksiya Stansiyasından məlumat verilib.

Stansiyadan bildirilib ki, bununla yanaşı, Bakıda 2 sinaqoq, 1 kilsə, Heydər Əliyev Sarayı, Azərbaycan Tibb Universitetininin yataqxanaları, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Dövlət Sirkinin binaları dezinfeksiya edilib. Hazırda dezinfeksiya tədbirləri davam etdirilir.

Stansiyadan qeyd edilib ki, profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir. Məktəblərdə dezinfeksiya tədbirləri tədrisin təşkil edilmədiyi saatlarda icra edilir.

aia.az
Geri dön