Ana Sayfa > Gündəm > Bakı polisi 35 cinayətin üstünü açdı
Bakı polisi 35 cinayətin üstünü açdı28-02-2020, 09:56. Yazar: sevinc1 |
![]() Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də 35 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 3, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib. aia.az Geri dön |