Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Unibankın oyunları bitmir
Unibankın oyunları bitmir20-02-2016, 12:49. Yazar: admin |
Unibankın pul ödəyicisi (müştərisi) Ə.Abdulovayla arasında olan qalmaqaldan, bankın onu necə aldadıb , məhkəməyə verdiyindən bəhs etmişdik. Baş verən olayı axıra qədər izləməkdə qərarlıyıq . Unibankın problemli kreditlər şöbəsinin əməkdaşları Vadim və Asif (soyadlarını Ə.Abdulova bilmir) növbəti dəfə Əsmər xanımi psixoloji basqılara məruz qoyurlar. Belə ki, iş məhkəməyə verildikdən və Ə. Abdulova məhkəməyə etiraz məktubu yazandan bir qədər sonra sözü gedən bankın əməkdaşı Vadim Əsmər xanıma zəng vurub, güzəştli şərtlərlə yenidən müqavilə bağlamaq üçün bankın əməkdaşı Asifə yaxınlaşmağı təklif edir. Ə.Abdulova bunun bankın növbəti fırıldağı olmağından şübhələnir və banka gəlməkdən imtina edir. Belə olduğu halda sözü gedən bankın əməkdaşı Vadim Ə. Abdulovaya 117 nömrəsinə zəng vurub bankın əməkdaşı Asiflə danışmağı təklif edir. Növbəti gün Əsmər xanım 117 nömrəsinə zəng vurub sözügedən bankın problemli kreditlər şöbəsinin əməkdaşı Asiflə danışır və Vadimin Əsmər xanımla danışığı barədə ona məlumat verir. Asif cavabında nə desə yaxşıdı:” İş artıq məhkəmədədi. Məhkəmə özü sizə cədvəl tərtib edəcək. Vadimlə isə mən özüm danışaram”. Unibankın əmkədaşlarının savadsız, məsuliyyətsiz, insanlığa sığmayan, pul qazanmaqdan ötrü hər cür iyrənc vasitəyə əl atan bu hərəkətləri ola bilsin ki, bank çərçivəsinə sığır, amma ondan xaricə çıxıb pul ödəyicilərinə (müştərilər) istiqamətlənəndə artıq bu cinayət məsuliyyətidir. Lap məsələnin əvvəlində Əsmər xanım Unibankın baş ofisinə şikayət etmişdi. Məsələnin daha optimal variantda, bank çərçivəsində həll edilməsini xaiş etmişdir. Baş ofisdən onu bildirmişdilər ki, məsələ artıq bizim nəzarətimizdən çıxıb. Bu işə məhkəmə baxacaq. Belə olduğu halda bank əmkədaşlarının yenidən Abdulovanın əsəbləriylə oynamasına nə ad vermək olar? Hələ, bu da son deyil. Məhkəmə saat 09:45-ə təyin olunmuşdu. Göstərilən vaxtda orda olan Əsmər xanım təxminən 1 saat gözləməli oldu. Nəhayət, İlqar Məmmədovun sədrliyi ilə məhkəmə iclası başladı. Unibank öz nümayəndəsini məhkəməyə göndərməmişdi. Hakim İlqar Məmmədov onun suallarını cavablandıran Ə.Abdulovanın danışığını hər dəfə yarımçıq kəsib, “Unibankın nümayəndəsi gələndə ona danışarsız”- deyirdi. Ə. Abdulovanın isə hakimə cavabı bu olur. “Məni dinləməyəcəkdinizsə, niyə bura çağırmısız”. Beləcə, növbəti məhkəmə başqa günə təyin olunur. Onsuz da xəstə olan, son günlər ağır psixoloji durum yaşayan Ə.Abdulova məhkəmədən gərgin vəziyyətdə evə dönür. Artıq heç bir qayda-qanun tanımaq istəməyən, azğınlaşmış Unibank növbəti dəfə Əsmər xanımın əsəbləşdirir. Belə ki, Ə.Abdulova evə gələndən bir neçə saat sonra sözügedən bankın problemli kreditlər şöbəsinin əməkdaşı Fazil ona zəng vurur və bildirir ki, aylıq ödəniş etməlidir. Həm məhkəmə tərəfindən, həm də Unibank tərəfindən psixoloji basqılara məruz qalmış Əsmər xanım özünü güclə toparlayıb “bildiyiniz kimi iş məhkəmədədi. Məhkəmə qərarından sonra ödəniş edəcəm.” cavabını verir. Əməkdaş isə cavabında: “Siz pulu məhkəmədən götürmüsünüz ki, məhkəmə qərarından sonra da ödəyəsiz?” Ə.Abdulovadan:- “Doğrudan da mənim məhkəmədə nə işim var idi.” Cavabını eşidən əməkdaş telefonu söndürür. Əsmər xanım başa düşür ki, Unibank tərəfindən aldadılıb məhkəməyə sürüklənməsi onun üçün qurulmuş bir tələ imiş. Növbəti yazıda baş verənlərlə bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışacağıq (ardı var.) Şirxanlı Rövşən Geri dön |