Ana Sayfa > Siyasət > Çili ilə əməkdaşlıq müzakirə olunub

Çili ilə əməkdaşlıq müzakirə olunub


27-02-2020, 17:50. Yazar: sevinc1
Çili ilə əməkdaşlıq müzakirə olunub


Xarici İşlər naziri Elmar Məmmədyarov Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xaranı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, Çilinin Azərbaycanda fəaliyyət göstərən ilk diplomatı olmasından fəxr etdiyini bildirən Q.Xara diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar. Bu xüsusda, tərəflər iqtisadi, kənd təsərrüfatı və innovasiyalar sahəsində layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov çilili diplomatı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

aia.az
Geri dön