Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Səhiyyəmizi şərləmək deyil, dəstəkləmək lazımdır
Səhiyyəmizi şərləmək deyil, dəstəkləmək lazımdır27-02-2020, 11:46. Yazar: sevinc1 |
Azərbaycanda hər il hemodializ xərclərinə dövlət büdcəsindən milyon manatlarla vəsait xərclənir “Atları yəhərləyin” (“Qaçaq Nəbi”) filmində səsləndirilən məşhur bir kəlamı yəqin ki, çoxları xatırlayır: “Haqlısan, Nəbi, kişinin qoluna gərək qandalı da kişi vursun.” İndi bu ifadəni bir qədər dövrümüzə, bir qədər də peşəmizə uyğunlaşdırsaq, biz deyə bilərik ki, bir müəssisədən tənqidi reportajı da gərək jurnalist hazırlasın. Yoxsa ki, hərə əlinə bir telefon alıb, düşüb küçələrə. O qapı sənin, bu qapı mənim... Kişilər reporaj hazırlayırlar. Vallah, bəlkə də qələmi əlinə versən reportaj sözünü səhvsiz yaza bilməyəcək bunların çoxu. Belə “reportaj”lardan birini də bu günlərdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hazırlayıb yerləşdiriblər “YouTube” kanalına. Daha doğrusu, reportaj Klinik Xəstəxananın II Hemodializ şöbəsindəndir. Hətta bir qədər də dəqiqləşdirsək, bu reportaj şöbənin girişində divara vurulmuş lövhədəndir. Çünki çəkilişin sonuna qədər, kadra təsadüfi düşmüş bir-iki vətəndaşı nəzərə almasaq, seyrçi bu lövhədən başqa heç nə görmür. Adını da qoyublar “Xəstəxana yoxsa qəsəbxana?”. Yeri gəlmişkən, “reportaj”ın adındakı səhvi də müəllif buraxıb. Amma bu nədir ki? Siz hələ bir çəkilişi aparanın danışığına qulaq asasız... Cümlə harda başlayır, harda bitir, danışan nə kimi bir fikri ifadə etmək istəyir? Bircə bunu eşidirsən: “sanki, guya ki, deməli ki, görürsüz ki, Azərbaycan səhiyyəsi nə gündədir...” Əslində gördüyümüz budur ki, siz Klinik Xəstəxananın II Hemodializ şöbəsinin giriş qapıları önündə durmusuz və əgər sizi içəri buraxmayıblarsa, çox da yaxşı ediblər. Heç olmasa bura kimnənsə, nəsə sormağa gələndə, ən azından bir-iki saat məşq edib, hemodializ kəlməsini düzgün tələffüz etməyi öyrənəydiniz. Yoxsa ki, nə danışdığını özü də anlamayan biri ilə həkim öz xəstələrinə ayıracağı vaxtı niyə boşuna tükətməlidir? Özünüzdən keçmisiniz, özünüz bilərsiz, bəs bu peşə adını üstünüzə götürməklə jurnalistləri niyə hörmətdən salırsız? O ki, qaldı akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, bu səhiyyə müəssisəsinin xüsusi statusunu təsdiq edən məqamlardan biri də budur ki, hazırda bu müəssisə respublikanın əksər rayon və şəhərlərinin səhiyyə müəssələri üçün praktiki və metodiki mərkəz funksiyasını daşıyır. Bu isə, təbii ki, Xəstəxananın istər rəhbərliyinin, istərsə də bütünlükdə tibbi heyətinin üzərinə böyük məsuliyyət düşdüyündən xəbər verir. Bir neçə il bundan öncə təmir edilərək yenidən qurulan şöbələrin arasında xüsusilə Konsultativ polikinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, Hemodializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku diqqəti cəlb edir. Son illərin statistik məlumatlarına görə, hər il xəstəxanada 22-23 min xəstə müalicə olunur, 7-8 minə yaxın cərrahiyyə əməliyyatı aparılır, 4 mindən artıq doğuş qeydə alınır. Həmçinin il ərzində bu səhiyyə müəssisəsində 1500 dən artıq hemofiliya və 250-dən artıq hemodializ xəstəsi də müalicə olunur. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Tibb Universitetinin bir neçə kafedrası məhz bu xəstəxanada yerləşir. Hər il universitetdən rezidentlər xəstəxanada təcrübə keçirlər. Bu gün M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təkcə paytaxt sakinlərinə deyil, eyni zamanda Bakıda məskunlaşan qaçqın və məcburi köçkünlərə də xidmət göstərir. Həmçinin rayon və bölgələrimizdə yerləşən xəstəxanalardan təyinatla göndərilən xəstələr də burada müalicə olunurlar. Sonda bunu da qeyd edək ki, Respublika Kliniki Xəstəxanasının II dializ şöbəsinin açılışı 2010-cu ildə olmuşdur. Xatırlatmaq istərdik ki, əksər inkişaf etmiş ölkələrdə hemodializ xərclərinin yalnız 70-75 faizi dövlət, qalan hissəsi isə sosial istiqamətli təşkilatlar tərəfindən ödənilir. Azərbaycan yeganə ölkədir ki, bu sahədə ödəniş tamamilə dövlətin hesabına təmin edilir və hər il bu məqsədlə dövlət büdcəsindən milyon manatlarla vəsait xərclənir. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |