Ana Sayfa > Səhiyyə > “Azərbaycandan gedən Gürcüstan vətəndaşında koronavirusun gizli dövrü olub” -

“Azərbaycandan gedən Gürcüstan vətəndaşında koronavirusun gizli dövrü olub” -


27-02-2020, 10:36. Yazar: sevinc1
“Azərbaycandan gedən Gürcüstan vətəndaşında koronavirusun gizli dövrü olub” -


Koronovirusa yoluxan Gürcüstan vətəndaşının Azərbaycan sərhədində saxlanılmamasının səbəbi xəstəliyin gizli dövrdə olması ilə əlaqədardır. Həmin şəxsdə xəstəliyin gizli dövrü olub, müəyyən vaxtdan sonra orqanizm zəifləyib, xəstəliyin əlamətləri üzə çıxıb və Gürcüstan sərhədində aşkarlanıb.
Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, həmin şəxs Azərbaycanda kimlərisə virusa yoluxda bilər.

“Azərbaycanda kimdəsə belə əlamətlər baş verərsə, biz də təyin edərik. Xəstəliyin gizli dövrü var. Hər bir orqanizmin özünün müdafiə qabiliyyəti mövcuddur. Bəlkə onunla gedənlərin güclü immuniteti var və xəstəliyə yoluxmayacaq. Gürcüstan vətəndaşının hansı taksi ilə getdiyini heç kim bilmir və onun kimləri yoluxdurduğunu da bilmirik. Onu biz bilə bilmərik”

İ.Ağayev qeyd edib ki, bu gün karantində saxlanılan şəxslərin heç birində koronavirus aşkarlanmayıb, onlar sadəcə nəzarətdədirlər. “Əmin ola bilərsiniz ki, respublikanın ərazisində xəstə aşkar olunarsa, birinci bunu mən televiziyalar vasitəsilə deyəcəyəm. Amma bu dəqiqə ölkədə koronavirusa yoluxma halı yoxdur. Virusa yoluxmağa yalnız laborator üsulla diaqnoz qoymaq mümkündür. O da Azərbaycanda xüsusi təhlükəli infeksiyalarla mübarizə şöbəsindədir. Laboratoriyamız müasir standartlara cavab verir”.

Xatırladaq ki, fevralın 26-da Gürcüstanda ilk koronavirus infeksiyası təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycan ərazisindən keçməklə gəlib.


aia.az
Geri dön