Ana Sayfa > Parlament > FHN bulvarda intihar edən tələbəni axtarır
FHN bulvarda intihar edən tələbəni axtarır26-02-2020, 16:59. Yazar: sevinc1 |
Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin axtarışları davam etdirilir. Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib. Onun sözlərinə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Qeyd edək ki, fevralın 25-də Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir. aia.az Geri dön |