Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Koronavirus şübhəsi ilə bağlı xəstəxanaya daha 7 nəfər yerləşdirilib
Koronavirus şübhəsi ilə bağlı xəstəxanaya daha 7 nəfər yerləşdirilib26-02-2020, 10:04. Yazar: sevinc1 |
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə koronavirus şübhəsi ilə bağlı həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib. Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda 6-sının vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir: "İranın xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik. Kütləvi informasiya vasitələrindən xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməməyi xahiş edirik". aia.az Geri dön |