Ana Sayfa > Ölkə > Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı

Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı


25-02-2020, 18:00. Yazar: sevinc1
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı


Son zamanlar dünyada tibbi maskalara tələbat artması fonunda həmin məhsulların qıtlığı yaranıb.

İqtisadçı alim Vüqar Bayramov Trend-ə bildirib ki, ölkəmizə tibbi maskalar xaricdən idxal olunduğundan, istehsalçı ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:

"Aparılan təhlillər göstərir ki, koronavirusla bağlı dünyada tibbi maskalara tələbatın artması hətta qlobal istehsal həcmi ilə uzlaşmır. Digər tərəfdən psixoloji amillər də həm dünyada, həm də ölkəmizdə tələbin kəskin artmasına gətirib çıxarıb".

Vüqar Bayramov deyib ki, aidiyyəti dövlət qurumları fors-major hallara hazırlıqlı olmalı, bu cür vəziyyət üçün rezerv yaratmalıdır. Digər tərəfdən, belə fors-major halları istisna olunmaqla respiratorlar yüksək istehlak tələbi olan məhsul olmadığından, sahibkarlar üçün gəlirli idxal sahəsi deyil.

İqtisadçı alim təklif edir ki, yerli sahibkarlar dövlət dəstəyi mexanizmlərindən (sənaye zonalarında güzəştlərdən faydalanma, güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi və s.) yararlanaraq bu məhsul istehsalını təşkil edə bilərlər.

aia.az
Geri dön