Ana Sayfa > Təhsil > Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi
Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi25-02-2020, 10:15. Yazar: sevinc1 |
Son günlər bütün dünyada geniş vüsət alan Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbir həyata keçirilir. Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə Bakı Ali Neft Məktəbində əsaslı dezinfeksiya işləri aparılıb. Ali Məktəbin hər iki tədris korpusu virus eleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Eyni zamanda, Ali Məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən maarifləndirici təlim keçirilib. BANM-in professor-müəllim heyətinin və əməkdaşlarının iştirak etdiyi tədbir maarifləndirilmə məqsədi daşıyıb. Tədbirdə xəstəliyin tarixi, onun simptomları və yayılmasının qarşısının alınması yolları, xüsusən tələbələr arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsi və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib. Bildirilib ki, virusun insandan-insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. İmmuniteti zəif olan insanların virusa daha tez yoluxduğu bildirilib. Vurğulanıb ki, baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinirsə dərhal həkimə müraciət edilmədir. Mütəxəssislər profilaktik tədbir olaraq əlləri vaxtaşırı yumağı, spirtlə təmizləməyi, ət məhsullarını tam bişirməyi, immuniteti gücləndirməyi, C vitamini qəbul etməyi tövsiyyə ediblər. Daha sonra tədbirdə koronavirusla bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib. Geri dön |