Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı
Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı24-02-2020, 17:54. Yazar: sevinc1 |
Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə koronavirus şübhəsi ilə 2 nəfər yerləşdirilib. Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, onlar 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub: "Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir". aia.az Geri dön |