Ana Sayfa > Gündəm > Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək24-02-2020, 14:19. Yazar: sevinc1 |
![]() zərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək. Bunu aia.az-a Türkiyə hökumətindəki mənbə bildirib. Qeyd olunub ki, iki qardaş ölkə bu sahədə əməkdaşlığı gücləndirməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi də aparacaqlar: “Süni intellekt, bulud texnologiyası, robot texnologiyası və nanotexnologiyalar sahəsində əməkdaşlıq daha da gücləndiriləcək”. Mənbə onu da əlavə edib ki, tərəflər, o cümlədən startapların dəstəklənməsi sahəsində bilik və təcrübə mübadiləsi aparacaq: “Əməkdaşlıq bu il və qarşıdakı 2021-ci illər ərzində nəzərdə tutulur". Qeyd olunub ki, Türkiyə rabitə sahəsi üzrə müstəqil tənzimləyici qurumun yaradılması ilə əlaqədar Azərbaycanla öz təcrübəsini də paylaşa bilər. aia.az Geri dön |