Ana Sayfa > Siyasət / Manşet / Karusel > Məmmədyarov və Canelidze Tbilisidə görüşdülər – FOTO

Məmmədyarov və Canelidze Tbilisidə görüşdülər – FOTO


19-02-2016, 11:30. Yazar: admin

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın XİN başçısı Mixail Canelidze ilə görüş keçirib.

Aia.az-ın xəbərinə görə, görüş bu gün Tbilisidə keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüşdə tərəflər iqtisadiyyat və nəqliyyat sahəsi də olmaqla ikitərəfli əməkdaşlıq məsələlərini və regiondakı vəziyyəti müzakirə ediblər.



Geri dön