Ana Sayfa > Manşet / Parlament > Vanqanın toqquşma öngörüsü:
Vanqanın toqquşma öngörüsü:21-02-2020, 10:49. Yazar: sevinc1 |
Dünyaca məşhur baxıcı Vanqa 2020-ci ildə yerin asteroidlə toqquşacağını deyib. Axar.az xəbər verir ki, bu məlumatı bir vaxtlar baxıcının tanışı olmuş jurnalist Sergey Kostornoy yayıb. Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirib. “Planetar fəlakət baş verəcək – naməlum epidemiya və dağıdıcı nəticələrə səbəb olacaq naməlum kosmik obyektlə toqquşma. Əgər bəxtimiz gətirsə, o yanımızdan keçəcək, amma yenə də sunami, zəlzələlər olacaq. Vanqa dedi: qara kül Yeri və Günəşi örtəcək, çaylar məcrasından çıxacaq. Hətta o yandan ötüb keçsə belə, nəhəng ərazilər Yer üzündən silinəcək”, - jurnalist deyib. Qeyd edək ki, “naməlum epidemiya” ilə Vanqanın koronavirusu nəzərdə tuta biləcəyi ehtimalı istisna edilməyib. aia.az Geri dön |