Ana Sayfa > Karusel / Gündəm > Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı

Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı


21-02-2020, 10:47. Yazar: sevinc1
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Onun yerinə polis mayoru Elvin Abbasovtəyinat alıb.

O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

aia.az
Geri dön