Ana Sayfa > Karusel / Parlament > Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər
Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər21-02-2020, 09:53. Yazar: sevinc1 |
Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb. Hüquq-mühafizə orqanlarındanOxu.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, "Aqroprom” bağları ərazisində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |