Ana Sayfa > Karusel / Gündəm > MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv edib
MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv edib20-02-2020, 16:46. Yazar: sevinc1 |
![]() Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb. Trend-in məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini qeyd ediblər: “Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”. İclasda həmin dairənin 1 seçki məntəqəsi (8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. aia.az Geri dön |