Ana Sayfa > Parlament > Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı20-02-2020, 15:59. Yazar: sevinc1 |
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Neftçala rayon sakini N.Cəfərov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb. Araşdırma aparılır. aia.az Geri dön |