Ana Sayfa > Şou-biznes / Manşet / Aia TV > Rusiyanın baş naziri Ermənistana səfər edəcək

Rusiyanın baş naziri Ermənistana səfər edəcək


18-02-2016, 16:03. Yazar: admin
Rusiyanın baş naziri Ermənistana səfər edəcək
Həmin yığıncaq bu ilin mart, yaxud aprel ayında keçiriləcək
Bakı. 18 fevral. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev cari ilin mart-aprel ayında Ermənistana səfər edəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirinin müavini Suren Karayan bildirib.
Məlumata görə, Dmitri Medvedev Yerevanda keçiriləcək Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin toplantısında iştirak edəcək.
Nazir müavininin sözlərinə görə, əldə edilən ilkin razılığa əsasən, həmin yığıncaq bu ilin mart, yaxud aprel ayında keçiriləcək.
Geri dön