Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb
Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb19-02-2020, 16:12. Yazar: sevinc1 |
Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib. Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində baş verib. Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub. Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün axşam saat 19:10-da xəstənin bioloji ölümü gerçəkləşib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiqləyib. aia.az Geri dön |