Ana Sayfa > Gündəm > Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb
Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb19-02-2020, 15:58. Yazar: sevinc1 |
![]() Keçən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 14.2 faiz artıb. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib. Agentlikdən bildirilib ki, fevralın 18-də Minskdə keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib. Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub. aia.az Geri dön |