Ana Sayfa > Ölkə > Türkanlıların avtobus problemi:

Türkanlıların avtobus problemi:


19-02-2020, 10:52. Yazar: sevinc1
Türkanlıların avtobus problemi:



Bakının Türkan qəsəbəsinin sakinləri marşrut avtobuslarının intervalından, eləcə də ictimai nəqliyyatın vəziyyətindən narazılıq edirlər.

Bu barədəOxu.Az-a qəsəbə sakinləri tərəfindən ünvanlanan şikayətdə qeyd olunub.

Qəsəbə sakinləri 101 saylı müntəzəm xətt üzrə hərəkət edən marşrut avtobuslarında problemlərin çox olduğunu bildiriblər:

"Avtobusların intervalı düzgün tərtib olunmayıb. Sakinlər dəqiqələrlə marşrut avtobusunu gözləməli olurlar. 101 saylı müntəzəm xətt üzrə hərəkət edən avtobuslar istismar müddətini bitirib. Nəqliyyat vasitələri çoxköhnədir, tez-tez xarab olur. Axşam saatlarında əhali demək olar ki, taksilərin ümidinə qalır”.

aia.az
Geri dön